۱۳۸۸ مرداد ۲۱, چهارشنبه

Oyan

Yazan: Abduxaliq Uyğur
1921-ci il Turpan

Hey, Uyğur, oyan, yatdığın yetər,
Səndə mal yox, indi gedərsə can gedər.
Bu ölümdən özünü qurtarmasan əgər,
Ah, sənin halın təhlükə, halın çox betər.


Qalx! dedim, başını qaldır, yuxunu aç!
Rəqibin başını kəs, qanını sıçrat!
Bax ətrafa yaxşıca, gözlərini aç,
Öləcəksən peşmanla bir gün, yox əlac.

Hələ cansıza bənzər nazik tənin,
Ondanmıdır, qorxmursan ölümdən?
Çağırsam, tərpənmədən eləcə yatırsan,
Oyanmadanmı ölmək istəyirsən eləcə?

Gözlərini aç, yaxşıca ətrafına bir bax,
Öz istiqbalın haqqında bir uzun düşün.
Gedərsə əldən bu qənimət, bu fürsət,
Gələcək min bir problem, min bir dərd

Könlüm sənə acıyır, hey, Uyğurum,
Yoldaşım, qardaşım, dostum, əqrabam,
Darıxıb səndən, oyandırsam səni,
Eşitmirsən heç də, nə oldu sənə?


Gün gələr, bir gün peşman olarsan,
Bax, o zaman sözü görərsən.
Kaş ki, desən o zaman yetişmədən,
O gün Uyğur sözünü anlarsan.

© Azeri translation by: Vusal Aliyev

Baku, Republic of Azerbaijan , Feb 9, 2005

هیچ نظری موجود نیست:

ارسال یک نظر